Təbiət

Qütb tülküsü

İtlər fəsiləsinə aid yırtıcı məməli növü olan Qütb tülküsü və ya Ağ tülkü yay aylarında buzlaqların əridiyi zaman ortaya çıxan quruya uyğunlaşmaq üçün qəhvəyi-qara rəngə malikdir.

 
Bu sevimli canlının ümumi uzunluğu 80-85 sm-dir. Quyruq bu uzunluğun 30 sm-ni təşkil edir. Onların çəkisi 1,5 kq ilə 3,5 kq arasında dəyişir. Erkəklər dişilərdən  bir qədər böyükdür. Təbii yaşayış yerlərində 3-5 il yaşayan qütb tülküləri omnivorlarla (Həm bitki, həm də heyvan yeyən heyvanlar) qidalanırlar. Yay fəsli bu tülkülər üçün həddindən artıq qidalanma və çəkilərini ikiqat artırma vaxtıdır. Beləcə qışda -50 dərəcə soyuqda yaşamaq daha asan olur.
 
Qısa ayaqları, yığcam bədəni və qalın qulaqları soyuq havada heyvanı qoruyur, həmçinin temperatur artdıqda istiliklərini asanlıqla itirərək sərinləməyə imkan verir.
 
Onlar qütb ayılarını izləyir və onların yemək qalıqlarını yeyirlər. Onlar leş qoxusunu 40 km məsafədən də asanlıqla hiss edə bilirlər.
 
Geniş buz səhrasının altında gəmiricilərin hərəkətini 1 km uzaqlıqdan aşkar edə bildikləri üçün qida çatışmazlığından əziyyət çəkmirlər. Həssas qulaqları ilə gəmiricilərin buzun altında yerləşdiyi yeri müəyyən edir, təxminən 1,5 metr hündürlüyə tullanır və buzları sındıraraq ovunu tutur. 
 
Qütb tülkülərinin yuvaları tunellər şəbəkəsi şəklində yerin altında yerləşir. Bu yuvalar çox böyük bir əraziyə yayılmışdır və 150-yə qədər girişi ola bilər. Hər iki valideyin nəslinə qulluq etmək və qidalandırmaq üçün birlikdə çalışır. Balaların doğulması qidanın miqdarından asılıdır. Normalda 5-ə qədər bala verən dişi qütb tülküsü, bol qida dövründə 25-ə qədər bala verə bilər. Balalar aprel və may aylarında doğulur. Onların hamiləlik müddəti 52 gündür. Kiçiklər 1 aylıq olanda yuvalarından çıxa bilirlər. 9 həftəlik yaşda süddən kəsilir və valideynləri ilə eyni qidaları qəbul etməyə başlayırlar.