Təbiət

Dünyanın ən xoşbəxt heyvanı- Kvokka

Kenqurular fəsiləsinin, qısaquyruq kenqurular cinsinə aid olan yeganə növ kvokka  və ya qısaquyruq kenqurudur. Təxminən ev pişiyi boyda olan bu canlı digər məməlilərdən fərqli olaraq, otyeynən və gecə canlısıdır.

 

Kvokkalar Bold, Pert, Rottnest adalarında yaşayır. Heyvan 40-54 sm uzunluğunda, 2.5- 5 kq ağırlığında, quyruğu isə 25-30 sm uzunluğundadır. Kenqurular fəsiləsinin ən qısaquyruq növüdür. Sərt bir quruluşu, yaxşı inkişaf etmiş arxa ayaqları, yuvarlaq qulaqları, balaca və enli başı var.

 

Bala kenquruya bənzəsə də, ağaclara və 1.5 m olan kollara dırmaşa bilir. Hollandiyalı dənizçi Samuel Volckertzoon 1658-ci ildə Rottnest adasında "bir yabanı pişik" haqqında yazıb. 1696-cı ildə kapitan Willem de Vlamingh kvokkaları siçanla səhv salaraq onlara nəhəng siçan deyir. Adanı isə “Rotte yuvası” adlandırır. “Rotte” italyan sözü olub mənası siçan deməkdir. Kvokkalar müxtəlif növ bitki, tərəvəz və kol ilə qidalanır.

 

Rotte adasına gedən ziyarətçilərə bu canlıya insan qidası vermək qadağan edilib. Çünki, canlının həyatı üçün çox təhlükəlidir. Xüsusi üz quruluşu sayəsində üzləri sanki gülür. Buna görə də ona dünyanın ən xoşbəxt heyvanı titulu verilib. Tülkü, pişik kimi yırtıcı canlıların olduğu ərazilərdə yayılmır. Çünki kvokkalar yırtıcı qarşısında çox acizdir. Çütləşdikdən sonra bir bala doğur. Ancaq bu balanı itirdikdə çütləşmədən digər embrion inkişaf edə bilir. Ehtiyyat embrion «dremlet» ananın daxilində inkişaf edir. Doğulmuş bala artıq böyüyüb kisəni tərk etdikdə ehtiyat embriyon doğulur. Təbiətdə orta ömür müddəti 10 ildir.