Uşaq yaradıcılığı

Uşaq yaradıcılığı rubrikasının qonağı Ataş Mənsimlidir

13 mart 2009-cu il təvəllüdlü Ataş 276 nömrəli məktəbin 4-cü sinif şagirdidir.

 

Hələ kiçik yaşlarından şahmata böyük maraq göstərən Ataş “Vüqar Həşimov Şahmat Akademiyası”nda şahmatla məşğul olur. Bir neçə dəfə şahmat yarışlarında iştirak edib 3-cü və 4-cü dərəcənin qalibi olub. Hədəfi isə bu sahədə daha da təkmilləşib, Azərbaycanın məşhur şahmatçılarından biri olmaqdır. 

 

Bununla yanaşı, o, futbol, üzgüçülük, basketbol və rəsm çəkməklə də məşğul olur.

 

Biz də Ataşa dəslərində və gələcək həyatında uğurlar arzu edir, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.