Təbiət

Dələlər haqqında bilmədiklərimiz

Dələlər qorxaq və dəcəldirlər. Çox çalışqan, iştahalı, səmimi, cəld, şən və pozitivdirlər. 


Dələ bütün qışı üç minə yaxın qoz-fındıq yeyir. Dələnin quyruğu onun sükanıdır — hoppanma zamanı uçuşu quyruğu ilə idarə edir. Avstraliya və Antarktidadan başqa bütün materiklərdə yaşayır. Dələ quyruğu istisna olmaqla, ildə iki dəfə xəzini dəyişir. Onlar bir-biri ilə quyruqlarını tərpətməklə danışırlar.


Dələ 20-30 metr hündürlükdən hoppanır və heç bir xəsarət almır. Çünki o quyruğundan paraşüt kimi istifadə edir və uğurla yerə enir. Afrikada yaşayan karlik-dələnin burnunun ucundan tutmuş quyruğunun ucuna qədər uzunluğu cəmi 2,5 santimetr olur. Dələ yerfındığını sevmir və yeyərsə, xəstələnə bilir. Tez-tez qoz-fındıq yığdığı yeri — saxlancı unudur. Çünki onun qoz-fındıq anbarları saysız-hesabsızdır. Bir gündə yüzlərlə küknar qozası toplaya bilir. Sonra aylarla topladıqlarını yeyir. Əsasən bitki ilə qidalanan dələ bəzən quş yumurtasına tamah salır. Və bəzən hətta bala dovşanlara hücum da edə bilir. 

 

Dələnin xəzi ağ, boz, kürən, qəhvəyi və qara ola bilər. Dələlər tək yaşamağa üstünlük verirlər. Yalnız güclü şaxtalar zamanı bir neçə dələ soyuqdan qorunmaq məqsədilə bir yuvaya yığışa bilir. 2-8 il yaşayırlar. Dələ əla üzgüçüdür. Üzərkən quyruğunu havada saxlayır. Əgər quyruğu islansa, dələ batar. İslanmış xəz ona ağırlıq edər və suyun dibinə çəkər. Dələnin dal pəncələri yaxşı inkişaf edib. Qabaq pəncələri isə qısa və nisbətən gücsüzdür. Amma onların birgə işi nəticəsində dələ 20 metr uzunluğa tullana bilir. Dələ yığdığından az yeyir. Orta hesabla qış boyu yığdığının üçdə birini ancaq yeyib qurtara bilir. Bir həftə ərzində öz çəkisi ağırlıqda qida qəbul edə bilir. Dörd qabaq dişi başqa gəmiricilərdə olduğu kimi durmadan böyüyür. Kor doğulduqları
üçün yalnız 6-8 həftədə görməyə başlayır.