Təbiət

“Sorrayya” atları

Sorrayya atları: Dünyada ən nadir cins atları Sorrayya atlarıdır. Bu cins atlar öz adını Sorrayya çayının adından alıb. Məşhur portuqaliyalı zooloq və paleontoloq Ruy d'Andrade 1920-ci ildə bu atları ilk dəfə Sorraya çayının kənarında görüb.


Portuqaliyada, Eskorial mağarasında daşlar üzərində atların və insanların iyirmi min il bundan əvvəl təsvirləri tapılmışdır. Həmin rəsmlərdəki atlar müasir at cinsi olan Sorrayaya çox bənzəyirdilər.


Zooloqların fikrincə bu sadə bir oxşarlıq deyildir. Qaya üzərindəki at rəsmləri məhz hazırki müasir Sorayya cins atlarının əcdadlarıdılar.


Yetiştiricilərin birgə səyləri nəticəsində cinsi saxlamağa müvəffəq oldular və indi təxminən 200 Sorayya atı yaşamaqdadır.


Sorraya atının boyu 145 sm-dən çox olmur. Sərt iqlim şəraitində yaşaya bilən bu cins atların nazik sümükləri, uzun boyunları və başları kiçik ölçüdə olur. Cins atın görünüşünün əsas xüsusiyyəti – ayaqları üzərində qara eninə zolaqların olmasıdır.