Təbiət

Meksika köstəbək kərtənkələsi

Meksika köstəbək kərtənkələsi (Mexican mole lizard-Bipes biporus) Kaliforniyanın Baja yarımadasına məxsus repitiliya növüdür.  Yağışdan sonra və gecə çölə çıxdıqlarına görə köstəbək kərtənkələ adlandırırlar. 

 

Yalnız Meksika və Kaliforniyada rast gəlinən bu kərtənkələ əlləri olan soxulcana bənzəyir. Ümumiyyətlə beşbarmaqlı soxulcan kərtənkələsi kimi tanınır. Onlar ayaqları olan dörd amfisbeanian (amphisbaenians- bədənlərinin uzun olması, gözlərin yarımçıq inkişafı, bədən üzvlərinin azlığı və ya itkisi ilə xarakterizə edilən soxulcan kərtənkələsidir) növündən biridir.

 

Meksika köstəbək kərtənkələsi çəhrayı, soxulcana bənzər 18–24 sm uzuluğunda, 6–7 mm enində olan bir canlıdır. Bu kərtənkələ növü sadəcə bir-iki il yaşayır. Dərisi torpaq soxulcanındakı kimi büzməli görünüşlüdür. Başı küt formalı olduğundan qumlu torpaqlara asanlıqla girə bilir. Ön ayaqları çox güclüdür və qayıq avarları kimidir. Arxa ayaqları yox olarkən geriyə sadəcə rentgen şüalarında görünən sümüklər qalır.


Meksika köstəbək kərtənkələsi nadir görünən bir canlı növüdür. Yeraltında gizlənmək üçün özünə kiçik tunellər qazır. Ancaq ilanlar bu tunellərə asanlıqla girib gizlənə və bu kərtənkələni yeyə bilirlər. Təhlükə anında öz quyruğunuı kəsib və ya qoparıb, açmış olduğu tuneli quyruğu ilə bağlaya bilir. Bunu ilan kimi düşmənlərdən qorunmaq üçün edir. Ətyeyəndir. Qida rasionuna qarışqalar, torpaqda yaşayan həşəratlar, süfrələr, torpaq qurdları və kərtənkələlər kimi kiçik heyvanlar daxildir. Şikarını yeməyə başlamaq üçün torpağın altına doğru çəkir.