Şeirlər

Xanımana Əlibəyli “Yağış yağır”

Hələ səhər açılmamış
Şırıltıyla yağır yağış.


Göylər buludları sağır,
Yağış yağır, yağış yağır.


O çəp yağış yağa-yağa,
Bir sərinlik düşər bağa.


Sərv ağacı, söyüd və şam
Hey yuyunar səhər-axşam.


Yorulmadan təbil çalar,
Uzun-uzun navalçalar.