Nağıllar, hekayələr

Ağaoğlu Mirkazım. "Tülkü və dovşan"

Bir tülkü var idi. Bu tülkü çox ac və susuz idi. Birdən onun burnuna qəşəng ət iyi gəldi. O, iyə sarı getdi. Tülkü gördü ki, o iy dovşandan gəlir. O, tez qaçıb dovşanın qabağında özünü ölülüyə vurdu. Dovşan bilmirdi ki, tülkülər hiyləgərdir. Dovşan tülküyə yaxınlaşdı, tülkü isə tez durub onu yemək istədi, amma dovşanın dostu onu oradan çəkib evinə apardı və ona dedi: 


-Heç bilmirsən ki, tülkülər hiyləgərdir? 


Dovşan dedi: 


-Yox, bəyəm tülkü hiyləgərdir ki?


Dovşan dedi: 


-Hə, tülkülər təhlükə hiss etdikdə və acanda özünü ölülüyə vurur. 


Dovşan dedi: 


-Çox sağ ol, dostum.


-Dəyməz, dostum. Onlar gülüb bir-birini qucaqladılar. 

 

Müəllif: Ağaoğlu Mirkazım - Bakı Slavyan Universitetinin nəzdindəki liseyin ikinci sinif şagirdi