Musiqi

İgid əsgər,möhkəm dayan!

Sözləri və musiqisi: Şahin Musaoğlu

 

I

 

Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan
İgid əsgər, möhkəm dayan!

 

Nəqərat:

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!

 

II

 

Salam Vətən, salam ana,
Çətin gündə bizi sına.
Qanla cavab verək qana,
İgid əsgər, möhkəm dayan!

 

Nəqərat:

 

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!