Təbiət

Başmaq dimdikli leylək və ya Kral leyləyi

Bu qəribə quş Şərqi Afrikanın tropik bataqlıqlarında yaşayır. “Kral leyləyi” (лат. Balaeniceps rex) kimi də tanınan bu quşun hündürlüyü 110-152 sm- ə qədər çata bilər, çəkisi isə 7 kiloqramdır. 


Başmaq dimdikli leylək görünüşü ilə hər kəsin marağına səbəb olur. Bu quşların digər adi quşlardan əsas fərqi odur ki,  başlarının diametri bədəninin ölçüsünə bərabərdir.  


“Kral leyləyi” böyük, təxminən 23 sm uzunluqda və 10 sm enlikdə dimdiyə sahibdir. Onlar qurbağalar, balıqlar, kiçik sürünənlərlə bəzən də daha böyük Nil çayının varanı və kiçik timsah balaları ilə də qidalanırlar. 

 


Bu canlılar tək yaşayırlar və yalnız çiftləşmə mövsümündə bir araya gəlirlər. Yumurta qoyub bala çıxarmaq üçün “Kral leyləyi” papirus və qamışdan yaxşıca örtülmüş böyük yuva düzəldir. Dişi quş 1 - 3 yumurta qoyur və 30 gün ərzində balaca quşlar dünyaya gəlirlər. 


Bu quşların digər xüsusiyyəti odur ki, isti havalarda dimdiyindən qab kimi istifadə edir. O, dimdiyinə su doldurur və sonra yumurtaların temperaturunu azaltmaq üçün onların üzərinə tökür. 

 

Başmaq dimdikli leylək çox nadir bir quşdur. Onların sayı hazırda 10.000-dən azdır.