Bu maraqlıdır!

Məlumatların kompüterdə saxlanması

Kompüterdəki bütün məlumatlar fayl şəklində saxlanılır. Fayl həm mətn redaktorunda yazdığınız mətn, həm də proqram ola bilər (" mətn redaktoru") ilə bu mətni yazırsınız.

 

Kompüterə daxil etdiyimiz məlumat onun elementlərinin birində-yaddaşda saxlanılır. 


Ona görə bu belə adlanır ki, bütün xəbər və məlumatları yadda saxlayan insan yaddaşı kimi, o da bizim tərəfimizdən edilmiş bütün əməliyyatları və alınmış nəticələri yadda saxlayır.


Ancaq fərq ondadır ki, bizim yaddaşımızda nə isə dolaşa və ya yaddan çıxa bilər, kompüterin yaddaşında isə elə əvvəlki kimi və daima qalır.


Yaddaş kompüterin içərisində yerləşir və sərt disk adlanır, baxmayaraq ki, onun böyük həcmi var, elə vaxt gəlir ki, o dolur. Bunun baş verəməməsi üçün bir üsul var: həmin məlumatı başqa elektron daşıyıcı vasitələrinə (disket ,CD disk, DVD disk, fləş kart və s.)  köçürmək lazımdır ki, o, kompüterin yaddaşında əlavə yer tutmasın. Əgər nə vaxtsa həmin məlumat bizə lazım olarsa, həmin elektron daşıyıcı vasitəni kompüterə qoşuruq və onun oxunulması üçün komanda veririk.