Bu maraqlıdır!

Dünyanın ən bahalı iti: Honq Donq

80 kq çəkili, Tibet Mastifi cinsi, Honq Donq adlı it 1.5 milyon ABŞ dollarına satılaraq dünyanın ən bahalı iti stasusunu qazanıb. Qızılı rəngdə olan itin çəkisi 80 kg, hündürlüyü isə 1 metrdən çoxdur. Köpək əsasən toyuq və dana əti ilə qidalanır. 


Tibet mastiflərinin orta qiyməti 2-7 min dollar arasında olur. Tibet Mastifləri Çində zəngin ailələrinin ən çox bəyəndiyi və saxladığı it növüdür. Hətta sözügedən ölkədə bu it növü zənginliyin simgəsi sayılır.
Qeyd edək ki, Tibet Mastifi cinsi, dünyanın ən qədim it cinslərindən biridir. Bu qədim it cinsinin yaşı 5 min ildir. Mənşələrini Tibet dağlarından götürən bu itlər, çox güclü və ayıqdırlar. Sahiblərinə çox sadiq olurlar. Əsasən, gözətçilik funksiyasını yerinə yetirirlər.

 


Əfsanələrə görə, Çingizxan və Buddanın da iti bu cinsdən olub. Son zamanlar bu itlər öz sahiblərinin yüksək statusunu nümayiş etdirir. Onlar 15 ilədək yaşaya bilirlər. Demək olar ki, sağlamlıqla bağlı problemləri olmur. 

 


Məşhur İtaliyan səyyahı Marko Polo XIII əsrdə Tibet mastifini belə təsvir etmişdir: "Bir aslan kimi eyni güclü səsə sahib olan iri heyvandır".

 

Çinlilər isə deyirlər: "Qızılın qiyməti var, lakin Tibet mastifi qiymətsizdir".