Uşaq yaradıcılığı

Rubrikamızın qonağı Mehdi Məhəmmədəlidir

Rubrikamızın qonağı Mehdi Məhəmmədəli 2012-ci il yanvarın 19-da anadan olub. O, 12 nömrəli məktəbin 2-ci sinif şagirdidir. Dərslərinə məsuliyyətlə və həvəslə çalışan Mehdi kiçik yaşından idmanın bir neçə növü ilə məşğul olur. 

 

Artıq bir ildən çoxdur ki,  “Qəbələ” idman klubunda cüdo bölməsinin üzvüdür. Dəfələrlə klublararası yarışlarda iştirak edib və 2 gümüş, 5 qızıl medal qazanıb.

 

İdmanla yanaşı maraqlı əl işləri də düzəldir. Mehdinin ən böyük arzusu gələcəyin tanınmış memarı olmaqdır. 

 

Uşaq Bilik Portalı adından biz də Mehdi Məhəmmədəliyə uğurlar arzu edir, qonağımız olduğu üçün təşəkkür edirik.