Təbiət

Tovuzquşu xərçəngi -boqomol

Tovuzquşu xərçəngi -boqomol (Odontodactylus scyllarus) Quam adalarından Şərqi Afrikaya qədər Hind-Sakit Okeanında yaşayan böyük dəvədəlləyi xərçəngidir. Okean canlılarının satışı ticarətində gözəlliyinə və başqa dəniz canlıları üçün təhlükəli olduğuna görə diqqət çəkirlər. 

 

3-18 sm uzunluğunda böyüyə bilən bu xərçəng rəngarəngliyi ilə seçilir. Onlarda əsasən yaşıl rəng hakim olmaqla bərabər, narıncı ayaqlar, sərt ön hissəsi isə leopar-naxışlı olur. 

 

 

 

CD və bənzəri optik saxlama cihazlarında dairəvi polarlaşmış işığın mövcudluğunu müəyyən etmək üçün elmi tədqiqatlara səbəb olub. Onlar sualtı oyuqlarda, 2-70 metr dərinliyə malik mərcan qayaların yumşaq alt təbəqələrində U-hərfi formalı çuxurlar yaradaraq yaşayırlar. Bədənlərində zərbə vurmaq üçün avar şəkilli uzantılar var. Bu uzantıların səthi qırılmağa çox davamlı və çox sıx təbəqəli Hidroksiapatit mineralından ibarətdir. Çanaqlı canlıları-ilbizləri, midyələri yeyə bilmək üçün onların yumşaq toxumasına çatana kimi zərbə vurar və qabıqlarını parçalayar. Şikarına saatda 80 km sürətlə zərbə vurduğu bildirilir. 

 

Dünyada yaşayan ən sürətli zərbəçi heyvandır. 22 kaliberlik tapançada olduğu kimi, vuruş başına 91 kq-lıq güclə zərbə endirir. Zərbəsi ilə ən qalın akvarium şüşəsini belə qıra bilər. Bu xərçəngin mürəkkəb bədəninin tərkibi potensial sintez və mühəndislikdə istifadə üçün tədqiq edilir.