Şeirlər

Zeynal Cabbarzadə. “Çox sevirəm"

Baharı çox sevirəm,
Hər tərəf yaşıllaşır.
Dağlardan gələn sular,
Sel olub, aşır-daşır.


Qaranquşlar eyvanda,
Qurur öz yüvasını.
Çox sevirəm baharın,
Sərin, saf havasını.


Göydə ildırım çaxır,
Dağlar başı çən olur.
Bahar fəsli gələndə,
Hamı, hamı şən olur. 

 

 


Mən yayı çox sevirəm,
Göy üzü təmiz olur.
Yayda çox sevdiklərim,
Çay olur, dəniz olur.


Günəş qızdırır yeri,
Ağaclar gətirir bar.
Yaylaqlarda dincəlir,
Yay gələndə adamlar.


Üzümlər şirinləşir,
Əncirlərdən axır bal.
Bağbanlar bal meyvəni,
Yığmağa tapmır macal.


Yaşıl xalı sərilir,
Düzənlərə, dağlara.
Yay fəsli ləzzət verir,
Balaca uşaqlara.

 


Payızı çox sevirəm,
Havalar gözəl olur.
Qızıl rəngli yarpaqlar,
Tökülür, xəzəl olur.

 


Ağaclardan dərilir,
Alma, armud, heyva, nar.
Hərdən dolur, boşalır,
Göydə uçan buludlar.
Civildəşir sərçələr,
Qışdan gətirir xəbər.

 


Mən qışı çox sevirəm,
Çünki qarı bol olur.
Şaxtaları bol olur,
Buz salxıma bənzəyir.


Küçələri bəzəyir,
Atılıram düşürəm.
Buz üstə sürüşürəm,
Qorxutmayır qar məni.
Anama söylənirəm,
Gəzməyə apar məni.