Afişa

Heydər Əliyev sarayında “Yeni il Hekayəsi” adlı musiqili tamaşa təqdim olunacaq

Dekabrın 29 və 30-da Heydər Əliyev sarayında sevimli cizgi filmi qəhrəmanlarının iştirakı ilə “New Year Story” ən yaxşı Yeni İl interaktiv musiqili tamaşa təqdim olunacaq. 


AZƏRTAC xəbər verir ki, sevimli cizgi filmi ölkəsində Şaxta Baba, Elza, Ələddin, Su Pərisi və digər qəhrəmanlar olacaq.  


Qəhrəmanlar Yeni İli xilas edə biləcəkmi? Dostluq yeni nağılın yazılmasına və bütün maneələrin aradan qaldırılmasına qadir olacaqmı? 


Proqramda Simfonik orkestrin və canlı vokal ifasında uşaqların ən sevimli cizgi filmlərinin: “Ələddin”, “Gözəlçə və bədheybət”, “Pinokkio”, “Soyuq ürək”, “Su pərisi”, “Kral Şir”, “Vinni Pux”, “Mulan”, eləcə də Ştraus və Çaykovskinin klassik əsərlərinin fraqmentləri səsləndiriləcək. Musiqili tamaşanın dirijoru Cavid Tağızadə, ssenari müəllifi və rejissoru isə Aleksey Smirnov (Moskva) olacaq. Seansın cədvəli isə belədir: dekabrın 29-u saat 12:00, dekabrın 29-u saat 15:00, dekabrın 30-u saat 12:00, dekabrın 30-u saat 15:00-da.