Xəbərlər

“Azərbaycan səninlədir-sənsiz deyil” VIII yaradıcılıq festivalının seçim turları keçirilib

Bakı, 2 may, AZƏRTAC


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyləri münasibətilə Binəqədi rayonunun məktəbliləri arasında “Azərbaycan səninlədir-sənsiz deyil” VIII yaradıcılıq festivalının seçim turları olub.


AZƏRTAC xəbər verir ki, festival Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon gənclər və idman idarəsinin, 6 nömrəli Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə keçirilib.


Binəqədi rayon gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova və 6 nömrəli Uşaq-Gənclərin İnkişaf Mərkəzinin direktoru Ziyad Nəbiyev məktəblilərə yaradıcılıq festivalı haqqında ətraflı məlumat veriblər. Festivalın Binəqədi rayonunda artıq səkkizinci ildir keçirildiyi və əvvəlki illərin laureatlarının sədalarının nəinki respublikamızda təşkil olunan, hətta beynəlxalq müsabiqələrdən gəldiyi vurğulanıb. 


İki gün ərzində keçirilən festivalda ədəbi-bədii layihələr üzrə bədii qiraət, müəllif şeiri, rəsm, rəqs, musiqi, ifaçılıq (çalğı alətləri), elmi-texniki layihələr üzrə isə aviamodel, raket modeli, gəmi modelçiliyi, radiotexnika və digər sahələrdə müsabiqələr keçirilib. 


Rayonun 32 məktəbini əhatə edən seçim turlarında 168 şagird iştirak edib.