Xəbərlər

Masallı taekvondoçusu Avropa birinciliyində gümüş medal qazanıb

İspaniyanın Marina Dor şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində Masallı taekvondoçusu gümüş medala sahib olub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Avropa birinciliyində on bir taekvondoçu ilə təmsil olunan Azərbaycan yığma komandasının tərkibində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Rahid Vəliyev 37 kiloqram çəki dərəcəsində Fransa, Türkiyə və rusiyalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.

 

Yarımfinalda yenə də rusiyalı idmançı ilə qarşılaşan R.Vəliyev rəqibinə 7:6 hesabı ilə qalib gələrək, Avropa birinciliyinin finalına vəsiqə qazanıb. Finalda Danimarka təmsilçisi ilə görüşdə həmyerlimiz məğlub olaraq gümüş medala layiq görülüb.