Bu maraqlıdır!

“Utancaq” ağaclar

Bəzi ağac növlərində "Tac utancaqlığı" (Crown shyness) adlanan bənzərsiz bir fenomen müşahidə edilə bilər. Bu hadisəni “Utancaqlıq sindromu” da adlandırırlar: bir ağacın budağı diğər ağacın budağına toxunmur; təmas etmədən hər zaman öz aralarında məsafə saxlayır. 


Bu fenomen elmə təxminən 100 il əvvəl məlum olub, lakin elm adamları hələ də baş vermə səbəbləri barədə bir fikir birliyinə gələ bilmirlər.


Versiyalardan birinə görə, hündür nazik ağaclar güclü külək zamanı zədələnir və bir-biri ilə toqquşmamaq üçün “tac utancaqlığı” fenomeni ortaya girir. Təcrübələr göstərir ki, külək təsiriylə toqquşmadan süni şəkildə məhdudlaşmaq üçün ağaclar tac arasındakı boşluqları tədricən doldururlar. Lakin 1977-ci ildə Dryobalanops aromatica ağacını tədqiq edən Malayziyalı alim Frensis In (Francis Ng) ağacların sürtünmə nəticəsində zədələnməsinə dair bir dəlil tapmadı və belə bir fərziyə irəli sürdü ki, ağacların ucu işıq səviyyəsinə həssas olduğuna görə digər bitkilərə yaxınlaşdıqda özü öz böyüməsini dayandırır. 


Britiş Kolumbiya Universitetinin Kanadalı alimlərinin fikrincə isə - alt hissədə qalan budaqların da kifayət qədər işıq alması üçün tac budaqlar bir-birindən uzaqlaşaraq işıqlandırmanı tənzimləyir.