Afişa

Fiksi-şou "Şaxta Babanı oyat"

Dekabrın 28 və 29 Fiksiklər yeni il tamaşası "Şaxta babanı oyat" ilə  Bakıya qayıdırlar. Yeni il ailə bayramı ərəfəsində Simka və Nolik tamaşaçılara tək yox, valideyinləri ilə birlikdə görünəcəklər. Papuş və Masya şouda ilk dəfə çıxış edəcəklər.


 
Tənbəllik, Qorxu və Xəsisliyi məğlub etməyə və Yeni il qurtarmağa qəhrəmanlara gənc tamaşaçılar kömək edəcəklər.


 
Şənlikdə - zarafatlar, əyləncəli rəqslər, yeni il sərgiləri, qəhrəmanların musiqi oyunları, "şişmə valka" təqdim olunacaq.

 

Tamaşa Milli gimnastika arenasında olacaq və saat 12:00 və 18:00-da başlayacaq. Yaş məhudiyyəti yoxdur. İştirak haqqı 5 yaşdan kiçik uşaqlar üçün ödənişsizdir (ayrı yer tutmamaq şərti ilə, valideyinlə birlikdə).
 

Biletləri şəhərin mərkəzi bilet kassalarında, eləcə də onlayn əldə edə bilərsiniz.

 

Əlaqə nömrələri: +994 50 354-90-54, +994 77 354-90-54