Bu maraqlıdır!

Dünya incəsənət aləminə rəsmləri ilə damğa vuran donuz- Piqkasso

İki yaşlı rəssam donuz “Piqkasso” bütün dünyada tanınır. O, dünyada rəsm çəkə bilən yeganə donuzdur. Donuzun adı dünyaca məşhur rəssam Pablo Pikassonun şərəfinə qoyulub.


Donuz Piqkasso tərəfindən çəkilmiş rəsmlər sənət sevərlər tərəfindən yüksək qiymətləndirilir. Hətta 2018-ci ilin yanvar ayında Keyptaunda 450 kiloqram rəssamın yaradıcılığından ibarət olan OINK adlı sərgi açılıb. Onun əsərləri Böyük Britaniya, ABŞ, Cənubi Koreya və Malayziyadan olan alıcılara satılır. İstedadlı donuz tərəfindən çəkilmiş rəsmlərin hər biri 3 000 funt sterlinqə satılır.


Heyvanın sahibi Coan Lefson bildirmişdir ki, Piqkassonun artıq 40-dan çox əsərini satıb. Hətta rəsmlərdən birinə alıcı £1,7 min ödəmişdir. Coanın sözlərinə görə, Piqkassonun yeganə dişləyib yemədiyi əşya məhz fırçadır.