Təbiət

Sayqa Antilopu

Sayqa və ya Sayqak nəsli məhv olma həddində olan antilopdur. Elmi adı Saiga tatarica mongolicadır. Bovidae fəsiləsindən olan bu heyvan öz cinsinin tək üzvüdür. Onlar Avrasiya çöllüklərində, Karpatiya və Qafqaz dağlarından Cunqariya və Monqolustana doğru dağətəyi yerlərdə yaşayırlar. Bu antiloplar Pleystosen dövründə Cənubi Amerikada Berinq boğazı ərazilərində yaşamışlar. Hal-hazırda əsas yarımnövü saiga tatarica Rusiyada Kalmıkiya və Həştərxan vilayətində, həmçinin Qazaxıstanın üç bölgəsində (Ural, Ustiurt və Betpak-Dalada) rast gəlinir.


Cənub-qərbi Monqolustanda və Çində nəsli kəsilmişdir. Kütləvi şəkildə ovlandığına görə Rumıniya və Moldovada 18-ci əsrin sonlarında nəsli tükənmişdir. Monqolustan yarımnövü olan Saiga tatarica Mongolica isə yalnızca Monqolustanın qərbində rast gəlinir. Beləliklə bu antiloplar iki təcrid olunmuş sahədə yayılmışdılar: Monqol Altayından cənubda, Baytaq-Boqdo zirvəsi yanında və Monqol Altayından şimalda Böyük göllər çalasında. Hal-hazırda ancaq ancaq Monqol Altayından şimalda Şarqın Qobi səhrasında qalıb. 

 

İlk dəfə İsveç zooloqu Carl Linnaeus tərəfindən qeydə alınıb. Linnaeus ona Capra tatarica adını verib. Baş-bədən uzunluğu 100-140 sm, çəkisi isə 26–69 kq olur. Başı qeyri mütənasib iridir. Ön tərəfdən üz hissəsi,ağzının üstündə, hərəkətli xortumvari şiş kimidir. Qulaqları yumru və 7-12 sm uzunluğundadır. Kürkləri fəsil dəyişikliklərinə məruz qalır. Yayda sarıdan qırmızıya doğru, qışda isə bozumtul-qəhvəyi rəngə dəyişir. Qarnının altı isə ümumiyyətlə ağ olur. Monqol Sayqası isə qum rəngində olur. Yayda 18–30 mm uzunluğunda olan tüklər qışda uzanaraq 40–70 mm olur. Yalnız erkəklərdə buynuz var.  Buynuzların diametri 25–33 mm-dir. Rusiya sayqasında buynuzların uzunluğu 28–38 sm olduğu halda, Monqol Sayqasınınkı ancaq 22 sm-ə qədər uzana bilir. Onlar yarımsəhra, çöllük və otlaq, meşələrdə otlayan böyük sürüdürlər. Hətta onlar başqa heyvanların yeyə bilmədiyi zəhərli bitkiləri belə yeyə bilirlər. Sayqalar uzun məsafələri qət edə, çaylarda üzə bilirlər. Çoxalma dövrləri noyabrın sonlarından -dekabrın sonlarına təsadüf edir. Dişilər 1-2 bala verir. Sayları 1984-cü ildə 100-150 başı keçmirdi. Monqol sayqakının sayının azalması brakonyerliklə və otlaqlarının ev heyvanlarının sürüləri tərəfindən tutulması ilə əlaqədardır. Onlar qanunla qorunurlar.