Təbiət

Kaylas – dünyanın sirli dağı

Hündürlüyü 6666 metr olan  Kaylas dağı dünyada sirli yerlərdən biri sayılır. 


Bu dağın yanında yaşayan insanlar daha tez qocalırlar, burada 12 saat təxminən 2 həftə kimi keçir. Saçların və dırnaqların tez uzanması buna sübutdur. 


Dağ iki böyük çatla bölünmüşdür. Axşamlar kölgələrin sayəsində qaya çıxıntıları böyük svastika görüntüsü (qamalı xaç) əmələ gətirir. Kaylas dağının cənub yamacında olan şaquli və üfüqi çat svastikaya bənzədiyinə görə dağı bəzən "Svastika dağı"-da adlandırırlar. 


İndiyə qədər dağın zirvəsini qət etmək heç kəsə müvəffəq olmamışdır, çünki deyilənə görə, dağ alpinistlərin yolunu dəyişir və onlar yarı yoldan geri qayıdırlar. 


Dördbucaqlı konus şəklində olan bu dağın zirvəsi daima qar buzla örtülü olur.


Kaylas silsiləsi Çin Xalq Respublikasının Tibet muxtar rayonu ərazisində olan Qandis dağ sistemindədir. Kaylas dağından İngiltərədəki Stounxenc abidəsinə qədər məsafə 6666 km-dir. Eyni zamanda Şimal qütbünə qədər olan məsafə də 6666 km-dir. 


Dağın hündürlüyü haqqında fərqli mülahizələr var. Alimlər arasında 6638 km-dən 6890 km-ə kimi müxtəlif  hündürlüklər deyənlər var. Bu ərazidə hündürlüyün əvvəlkindən çox olması realdır, çünki Alp-Himalay qırışıqlığına daxil olan bu dağlar ildə 0.5-0.6 sm hündürləşə bilir. 


Qədim Hind, Nepal və Çinlilərin inanclarına görə dağ müqəddəs sayılır və onun zirvəsinə çıxmağa icazə vermirlər. 


Tibetdən başlanan çayların əksəriyyəti Kaylas buzlaqları ilə qidalanır.