Memarlıq
Memarlıq «architecton» - yunan sözüdür, mənası - yüksək usta memar deməkdir. Memarlıq - inşaat incəsənətidir. Gözəllik qanunu əsasında gercəkliyi formalaşan yaradıcılıq növüdür.
İnsan cəmiyyətinin inkişaf tarixi dünya sivilizasiyasının bütün mərhələlərində memarlıq abidələrində əks olunurdu. Memarlıq tikililəri ən böyük və müşahidə etmək üçün açıq, əlverişli dövrün abidələridir. Onlar şəhərin görkəmini formalaşdırır. Qədim Roma memarlıq nəzəriyyəçisi Vetruviyüclük qanununu (möhkəmlik, xeyir, gözəllik) yazmışdır. Binaların tipləri birdən birə yaranmamışdır, onlar ölkənin siyasi quruluşu, dini və ideoloji tələblərilə, xalq ənənələrilə müəyyənləşirdi. Bəzi tipli binalar yox olurdular, onlar yenisi ilə əvəz edilirdi (məsələn, yaşayış binalarının görkəmi dəyişirdi). Memarlıq dövrün xarakterini əks etdirirdi.
İbtidai icma cəmiyyətinin əsas öyrənmə mənbəyi - arxeoloji abidələri, etnoqrafiya, geologiyanın məlumatları, antropologiya, mifologiya, folklor olmuşdur.
Orta əsr Avropa memarlığı roman üslubu ilə seçilirdi. XI-XII əsrdə roman dilli qrupun xalqları yerləşən ərazidə (Fransa, Almaniyanın qərbi və İtaliyanın şərqi) roman üslubu yarandı.
Bu üslub qədim Roma və Bizans mədəniyyətinin irsinə əsaslanırdı. Roman üslubu - Roma üsulu ilə tikilən kilsələr və qəsrlərdir, üstü daşla örtülən tağ tavandır. (Mon Sen-Mişel kilsəsi, Sito monastrı).
XII-əsrdə Fransada Roman üslubu qotika üslubu ilə dəyişir. Onun əsas xüsusiyyəti – çoxucalığlı olmasıdır. Üslubun əsas effekti kilsələrin hündürlüyündədir, yüksəyə ucalan iti-uclu qalacalar və tağlardır. Şartr adlanan kilsəsinin uzunluğu 130 metrdir.
Məşhur qotik üslubunda tikilmiş Notr Dam kilsəsi buna misaldır.
15.12.2018