YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıq ovu

Balıq ovu sənayenin ən vacib sahələrindən biridir. Hər il okeanlarda, göllərdə və çaylarda 60 milyon tondan çox balıq tutulur. Balıq çox qiymətli qida məhsuludur, çünki onda çoxlu zülal var. Balıqdan həm də heyvanlar üçün yem, eləcə də gübrələr düzəldirlər, balıq yağından isə sabun hazırlanır. 

 

İnsanlar balıqların çox hissəsini dənizlərdə və okeanlarda ovlayırlar. Çox vaxt balıqlar sahildən çox-çox uzaqlarda ovlanır. Ovlanmış balıq tez xarab olduğu üçün mütləq soyuducuda saxlanmalıdır. Əvvəllər soyuducular olmadığına görə balıqları qurudur, hisə verir və duzlayırdılar. İndi isə balıqları dondurur və ya buzun içinə qoyurlar. Çox vaxt balıqçı gəmilərini böyük zavod-gəmilər müşayiət edir. Onlar tutulmuş təzə balığı digər gəmilərdən toplayaraq elə birbaşa açıq dənizdə qablaşdırırlar. Balıqları dənizin dərinliyinin 180 metrdən çox olmadığı yerlərdə, yəni özləri üçün yem tapa bildikləri materik şelflərinin üstündəki sahil sularında daha asan ovlamaq olur. Balıqtutma texnologiyası daim təkmilləşir, balıq ovlayan gəmilərin sayı isə getdikcə artır və buna görə də son vaxtlar insanlar həddindən çox balıq ovlamağa başlayıblar. Nəticədə bir çox bir çox qiymətli balıq növlərinin sayı həddindən çox azalmışdır. Odur ki, insanlar və heyvanlar çox tezliklə belə qiymətli qida mənbəyindən məhrum ola bilərlər.