Meşələr
Ağaclar Yer kürəsindəki ən nəhəng bitkilərdir.Onlardan ibarət olan meşələr quru səthin böyük hissəsini əhatə etməklə digər bitki və eləcə də heyvanlar üçün sığınacağı təmin edir. Ağaclar isti və onların böyüməsi mövsümündə kifayət qədər rütubətli olan istənilən yerdə yetişə bilərlər.
Rütubətli meşələr
Rütubətli meşələrin iki növü var: subtropik və tropik. Hər ikisinə ağacların daha sürətli və hündür olmasına səbəb olan daha çox yağıntı düşdüyü yerlərdə rast gəlinir. Yağış meşələri heyvan və bitkilərlə zəngindir.
Boreal meşələr
Boreal meşələrə uzun və qarlı qışın müşayiət olunduğu şimal ölkələrində təsadüf olunur. Buradakı ağacların çoxu iynəyarpaqlı ağaclardır, məsələn, şam ağacı, küknar və qara şam. Düz yarpaqlar əvəzinə bu ağacların nazik iynəşəkilli yarpaqları olara su ehtiyatı saxlamağa və güclü küləklərə müqavimət göstərməyə kömək edir. Onların budaqları aşağıya doğru elə əyilib ki, oradan qarlar sürüşüb yerə tökülsün.
Mülayim qurşağın meşə zonası
Qarışıq, daha çox enliyarpaq bitkilərin olduğu bu meşə zonasına uzun və isti yay, şaxtalı qışın olduğu ərazilərdə rast gəlinir. Onlar qışda yarpaqlarını tökür, bu da zəngçiçəyi və akonit kimi çiçəkləyən bitkilərin yazın əvvəllərində, çox tutqun olmayan vaxtda böyüməsinə imkan verir. Yarpaqlar çürüyərək daha qalın və zəngin torpaq qatı əmələ gətirirlər. Bu meşələrin çoxu kənd təsərrüfatı məqsədilə təmizlənib.
24.01.2019