YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Musiqi

Azərbaycanın musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir.  Musiqi haqqında ən qədim məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra materiallardan, Qobustan (e.ə. 12-6-cı minilliklər) və Gəmiqaya (e.ə. 3-1-ci minilliklər) qaya rəsmlərindən alınmışdır.

 

“Kitabi-Dədə Qorqud”da (7 əsr), Nizaminin, Xəqaninin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, janrları və alətləri barədə zəngin məlumat verilmişdir. Nizaminin “Xəmsə” əsərindən alınan məlumatlara əsasən 12-ci əsrdə özünün çiçəklənmə dövrünü yaşayan Azərbaycan mədəniyyətində musiqi sənəti aparıcı yerlərdən birini tuturdu.

 

Bu çağda Azərbaycan musiqisinin o dövrə məxsus əsas janr və formaları təşəkkül tapmış, sintetik fəaliyyət dairəsinə malik peşəkar musiqiçilər (bəstəkar, şair, muğənni-ifaçı) yaranmışdır.

 

Bir sıra böyük şəhərlərdə şair və musiqiçilərdən ibarət kiçik peşəkar cəmiyyətlər yaranmışdır (“Məcmə ul-ürafə”). O dövrün ən parlaq simalarından biri istedadlı şairə Munisə Məhsəti Gəncəvi gözəl səsə malik olmuş, öz ifasını musiqi alətlərində müşayiət etmişdir.

 

Saraylarda təşkil olunan məclislərdə fəlsəfi söhbətlər, şair deyişmələri ilə yanaşı musiqiyə də geniş yer verilirdi. O dövrün Nikisa, Barbəd kimi əfsanəvi musiqiçiləri virtuoz ifaçı sənətkarlar olmuşlar.

 

Saray musiqi ifaçıları - “musikar”, müğənnilər "muğaniye” adlanırdı. 12-ci əsrdə ən populyar musiqi janrı poetik əsası qəzəl olan muğam idi. Saraylarda muğamla yanaşı klassik mahnılar (müasir təsniflərin sələfi) da geniş ifa edilirdi.

 

Saray məclislərində xanəndələr muğam üstündə musiqi deyişmələri keçirirdilər.

 

O dövrdə dini və hərbi musiqi də intişar tapmışdı. Nizaminin əsərlərində xalq musiqi məişəti barədə də məlumat vardır. Xalq musiqi ifaçıları, rəqqasları, kəndirbazları, dastan söyləyənləri kütləvi küçə tamaşalarının, xalq şənliklərinin əsas iştirakçıları idi. Bu şənliklər xalq musiqisi - mahnılar, instrumental musiqi ilə müşayiət olunurdu. Azərbaycanın Səfiəddin Urməvi (13 əsr), Əbdülqadir Marağayi (14 əsr), Fatullah Şirvani (15 əsr), Mirzə bəy (17 əsr), Mir Mohsun Nəvvab (19 əsr) kimi ensiklopedik biliyə malik alimlərinin risalələrində Yaxın və Orta Şərq xalqlarının mədəniyyətləri ilə sıx təmasda inkişaf edən orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi barədə danışılmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

 

Səfiəddin Urməvi Şərqdə sistemçilik məktəbinin əsasını qoymuşdur. Onun məşhur “Kitabül-ödvar” və "Şərəfiyyə" risaləıləri unikal elmi əsərlər kimi bir sıra dillərə tərcümə edilmiş, onlara Şərqin və Qərbin böyük alimləri elmi şərhlər yazmışlar.

 

Səfiəddin Urməvi musiqi-estetik problemləri, musiqinin səs sistemini, intervalları, ladları, ritmi və b. nəzəri məsələləri araşdırmış, dövrünün musiqi nümunələrini əbcəd not sistemi ilə nota salıb gələcək nəsillərə çatdırmışdır.