Heroqliflər
Heroqliflər- qədim yazı sistemidir. Müasir Qərb əlifbası 26 hərfdən ibarətdir. Qədim Misirdə təqribən 5000 il əvvəl hərflərin əvəzinə piktoqrammalardan, yəni şəkil-işarələrdən istifadə etməyə başladılar. Sonradan bu işarələr əşyaları, insanları, fikirləri bildirən xüsusi simvollara çevrildilər.
Heroqlif yazısını yazmaq çətin idi və çox az adam ondan istifadə edə bilirdi. Qədim Misir sivilizasiyası məhv olanda heroqliflərin oxunması sirri də itirildi, heç kim papirus kağızı vərəqində yazılmış və daşların üzərində oyulmuş heroqlifləri anlaya bilmirdi. Sonralar 1799-cu ildə bir fransız hazırda Londonun Britaniya muzeyində saxlanılan rozet daşını tapdı. Bu bazalt daşından düzəldilmiş lövhənin üzərində eyni mətn iki məlum dildə və eləcə də heroqliflərlə yazılmışdı. Alimlər məlum dillərdə yazılan yazıları heroqliflərlə müqayisə edərək, nəhayət, bu simvolları tərcümə etmək imkanını qazandılar.
Bir neçə başqa qədim sivilizasiya, o cümlədən müasir Türkiyənin ərazisində yaşamış olan hititlər və Mərkəzi Amerikadakı mayya və astek sivilizasiyaları da heroqlif yazı sistemindən istifadə ediblər.
06.02.2019