Hippopotam
“Hippopotam” adı “çay atı” mənasını verir. Əslində, həm də begemot adlandırılan hippototam atın deyil, donuzun qohumudur. Bu nəhəng, ağır məməli Afrikada yaşayır. Quruda yaşayan bütün heyvanlardan ancaq fil ondan böyükdür.
Hippototamlar çayların və göllərin yaxınlığında yaşayırlar. Onlar vaxtlarının çox hissəsini suda keçirir və yaxşı üzürlər. Gözləri təpələrində yerləşdiyi üçün onlar suda oturaraq ətrafı müşahidə edə bilir və bununla da gizlənmiş olurlar.
Begemotlar suyun altında nəfəs almaq üçün yuxarı çıxmadan 10 dəqiqə qala bilirlər. Çənələri nə qədər qorxunc görünsə də, begemotlar ancaq bitkilərlə qidalanır, yosunlar və otu yolaraq otlayırlar, gecələr isə bir qayda olaraq qida axtarmaq üçün sahilə çıxırlar.
06.02.2019