Beyin
Beyin bədənin bütün qalan hissələrini idarə edən orqandır. Bəzi həşəratların beyni toz zərrəsi boydadır. Məməlilərin beyni onların ölçülərinə uyğun olaraq böyükdür. Ən böyük beyin insandadır.
Beyin qeyri-iradi(avtomatik) proseslərə, məsələn, tənəffüsü, qan dövranını, əzələləri, müvazinət oqanlarını, hissləri və hərəkətləri idarə edir. İnsanın beyni bədəndə hasil olunan enerjinin beşdə-birini istifadə edir. Beyin əsasən ağ və boz maddələrdən ibarətdir. Boz maddədə olan sinir lifləri bütün bədəndə olan sinir hüceyrələrinə siqnallar göndərir. Bu liflər beyindən böyük dəstələr halında çıxır və bədənin bütün hissələrinə çatırlar.
Sinir hüceyrələrindən gələn siqnallar da daim beyinə ötürülür. Beyinin müxtəlif sahələri bədənin ayrı-ayrı hissələrinə nəzarət edir. Məsələn, beyinin əsasən qabaq hissəsi düşüncəyə, arxa hissəsi isə görmə qabliyyətinə nəzarət edir.
06.03.2019