YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Eroziya

Yer kürəsinin səthi süxur və torpağın külək, buz və cazibə qüvvəsi kimi dağıdıcı qüvvələrin təsiri ilə aşınması nəticəsində daimi olaraq dəyişir. Eroziya, torpaq sürüşməsi halında olduğu kimi, qəfildən baş verə bilər, tədrici eroziya isə, məsələn, çayların Yerin quru səthində dərin dərələri yarması kimi daha qorxulu nəticələrə səbəb olur.

 

Relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik ( canlı ) enerjisinin böyüklüyü ilə müəyyən edilir.

 

Eroziya iki formada olur: dərinlik və yan eroziyası. Dərinlik və yan eroziya prosesləri, adətən , eyni vaxtda gedir. Lakin yan eroziya , dərinlik eroziyasının zəiflədiyi və onun tamamilə akkumulyasiya ilə əvəz olunduğu vaxt daha yaxşı müşahidə olunur.

 

 

Külək eroziyası

Külək quru üzərində əsdikcə saysız-hesabsız qum dənələri və digər xırda hissəcikləri özü ilə götürərək ətrafa daşıyır.

Çöküntü adlanan bu hissəciklər yüksək sürətlə süxurlara çırpılır və onların üzərində parçalanır.

Beləliklə, uzun illər nəticəsində külək eroziyası süxurların formasının və eləcə də landşaftın dəyişməsinə səbəb olur. Külək eroziyası daha çox quru yerdə, səhraların olduğu ərazilərdə baş verir. 

Su eroziyası
Yağış suyu dağın ətəyi boyunca axdıqca özü ilə süxur qırıntılarını daşıyır. Bu qırıntılar yerin quru sahəsi üzərində yollar açır və tədricən çay yataqları və ya məcraları yaradır.

Eyni qayda ilə okean dalğaları və cərəyanlar sahil xəttini yararaq körfəzlə, burunlar, sıldırım qayalar əmələr gətirir.

Buzlaq eroziyası
Yerin quru sahəsinin təqribən 10 faizi tədricən hərəkət edən buzlaq adlanan buz örtüyündən ibarətdir. Buzlaqlar hərəkət etdikcə onlarda toplanan süxurlar yerin üzərini təmizləyərək onun hamarlaşmasına səbəb olur. 

Suyun buza çevrildiyi zaman, çatlarda toplanan su genişləndiyindən o da süxurları parçalaya bilər.