Hollandiya
Amsterdam dünyanın çiçək paytaxtı sayılır. Çiçəklər Hollandiyanın ümumi peyzajına xüsusi rəng qatır. Qeyri rəsmi olsa da Hollandlar zanbaq gülünü ölkənin rəmzi sayırlar. Zanbaq bu ölkəyə XVI-cı əsrdə İran və Türkiyədən gətirilib.
Əsrlər boyu çiçək becərilməsi ənənələri Hollandiyanı bu sahədə tanınmış lider etdi və hazırda dünyanın çiçəyə olan tələbatını məhz Hollandiya ödəyir.
Hollandiyanın Alsmer şəhəri Almaniya, İsveçrə və Fransa kimi ölkələrə çiçək ixrac edən ən böyük şəhər sayılır.
Əgər Hollandiyanın çiçəklərini bütün incəliyi və gözəlliyi ilə görmək istəyirsinizsə - Blumenkorso festivalına gəlin. Burada unudulmaz mənzərə yaranır, park sanki çiçək yağışına bürünür. Hər il aprelin sonunda Hollandiyada Blumenkorso çiçək paradı keçirilir.
22.04.2019