Barometr
Yüksək atmosfer təzyiqi yaxşı havanın əlamətidir. Alçaq təzyiq isə havanın pisləşməsinin əlamətidir. Barometr atmosfer təzyiqini ölçmək üçün cihazdır. Onların iki növü var-barometr-aneroid və civəli barometr. Barometr-aneroiddən daha çox istifadə olunur. Onun daxilində yastı metal qutu yerləşdirilir. Qutunun içində zəif təzyiqli hava var, divarları çox nazik olduğuna görə asanliqla əyilir, amma arasına yay qoyulduğu üçün onlar bir-birinə yapişmir. Atmosfer təzyiqi aşağı düşəndə yay qutunun divarlarını aralayır. Təzyiq yüksələndə isə qutu sıxılır. Bu dəyişikliklər linglərin və dişli çarxların köməyi ilə barometrin əqrəbini hərəkətə gətirir, əqrəb təzyiqin vəziyyətini şkalada göstərir.
16.05.2019