Hind fili
Şimal-şərqi, şərqi və cənubi Hindistanda, Şərqi Pakistan, Birma, Kamboca, Tailand, Laos, Nepal, Malakka, Sumatra və Seylonda yaşayırlar. Bədəninin uzunluğu 5.5-6.4 m, hündürlüyü 2.5-3 m, quyruğunun uzunluğu 1.5 m-dir. Ən iri erkəklərin çəkisi belə 5 tonu keçmir. Qılınclar, bir qayda olaraq, ancaq erkəklərdə olur; uzunluğu 1.5 m, çəkisi isə 20-25 kq-a çatır. Qulaqları Afrika filinin qulağından xeyli kiçikdir. Xortumunun ucunda bir ön (dorsal) çıxıntısı var. Qabaq ayaqlarında 5, arxa ayaqlarında isə 4 dırnağı olur. Bədəninin rəngi tünd boz və ya qaradır. Qabırğalarının sayı 19 cütdür. Quyruq fəqərə sümüyünün sayı 33-dür. Hind fili meşə sakinidir. Bununla belə, o, qalın kolluqlu, xırda ağaclı və bambuklu açıq meşələrə üstünlük verir.
Hind filinin artımı ilin müxtəlif mövsümündə baş verə bilər.
Hamiləlik 607-641 gün (20-21.5 ay) davam edir. Çəkisi 90 kq olan 1, nadir hallarda 2 fil balası doğulur. Hind fili həddi-büluğa 8-12 yaşlarında çatır, 60-70- il yaşayır.
Hind fili yaxın vaxtlarda məhv olmaq təhlükəsi qarşısında qala biləcək bir növ kimi “Qırmızı kitaba” salınıb.
22.10.2019