Şanapipiklər
Bu dəstəyə 2 quş fəsiləsi daxildir: şanapipiklər və kərgədan quşlar.
Kərgədan quşlar öz adlarını dimdiklərinə görə almışlar. Dimdikləri xeyli yüngüldür, çünki içərisində hava ilə dolu boşluqlar var.
Kərgədan quşlar balalarını çox maraqlı yemləyirlər. Onlar yuvaları ağac oyuqlarında tikirlər. Yumurta qoyma məqamı gəldikdə, dişi qapanıb oyuqda oturur və erkək gətirdiyi torpaq və tüpürcəyinin qarışığı ilə divarı bərkidir. Nəticədə balaca, dar bir deşik qalır ki, buradan da erkək bir neçə həftə ərzində dişini, sonra isə balalarını yedirdir.
Şanapipiklər fəsiləsi yeganə növ olan şanapipiklərdən ibarətdir. Bu quşlar Avropa, Asiya və Afrikada yaşayırlar. Onlar yuvalarını ağac oyuqlarında, daşlar arasında, bəzən də tikintilərdə qururlar.
Bu quşlar əsasən öz uzun dimdikləri ilə yerdən çıxardıqları həşərat və onun sürfələri ilə qidalanırlar. Şanapipik dimdiyi ilə tutduğu qəniməti əvvəl havaya tullayır, sonra isə udur.
Buynuzlu quzğun kərgədan-quşlar fəsiləsinə aiddir. Bu yerüstü həyat tərzi keçirən yeganə kərgədan quşu növüdür. Bu gözəl quş (bədənin uzunluğu 110 sm, çəkisi 4 kq-a qədər) quruda çox gözəl yeriyir və qaçır.
Quzğun kərtənkələ, ilan, quş və onların yumurtası, həşərat müxtəlif toxum və meyvələrlə qidalanır.
31.10.2019