YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Pəri qalası

Pəri qalası - Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndindinin şimal-qərb hissəsində yerləşən qədim qaladır. Qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Ehtimala gorə bu qalanı eramızın 4-cü əsrində qaya daşlarını çaparaq tikiblər. Ancaq tikilmə üslubuna görə tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə inşa edildiyini güman edirlər.


Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr vardır. Qala elə bir mövqedə yerləşib ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə qalanın adı da elə bununla bağlı olub: elin pərilərini - qızlarını qoruyan qala.


Başqa əfsanədə isə qeyd olunur ki, Teymurləng 14-cü əsrin axırlarında bu əraziyə hücum edəndə ona qalanın alınmaz olması haqqında məlumat verirlər. Qalaya isə Pəri adlı qızın başçılıq etdiyi bildirilib. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini və həmin qadını da özünün xanımı edəcəyini elan edir. Qalaya hücum zamanı Pəri ələ keçəcəyini gördükdə özünü qayadan atır. Elə o zamandan da qala Pəri qala adı ilə tanınır. Müasir dövrdə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir. 


Tarixçi Məhəmməd Hacıəhmədovun sözlərinə görə, qala haqqında çoxlu rəvayətlər söylənilir. Belə rəvayətlərdən birində deyilir ki, Pəri qalası IV-V əsrlərə aid bir qaladır - Sasanilər dövründə inşa olunub.

 

Respublikamızın ərazisində, yüksək yerlərdə qalalar çoxdur. Pəri qalasının orijinallığı, özünəməxsus cəhəti ondan ibarətdir ki, digər qalalardan fərqli olaraq onu oyub dağın içərisinə tikiblər. Digər qalalar memarlar tərəfindən tikilib, amma Pəri qalası dağın içində oyulub. Qalanın içində üç otaq yerləşir. Qala nə qədər möhtəşəm olsa da, oraya aparan yol-cığır elə vəziyyətdədir ki, qalanın içərisinə girmək qeyri-mümkündür. "Vaxtilə gənclər bu qalanın içinə girməyi bacarıblar. Bu qalaya girdiklərini bildirmək üçün nişanə olaraq qaladan bayraq və ağ paltar asırdılar.