Cild
Cild- içərisinə kitab bloku yerləşdirilən möhkəm karton, parça, kağız polimer və digər cild materiallarından hazırlanan üzlükdür.
İlk kitab cildlərinə eramızın I əsrində Avropada perqamentə yazılmış kitablarda təsadüf edilir. Cild qabığının növünə, bərkidilməsi, möhkəmləndirilməsi və bloka birləşdirilməsi üsullarına görə bir neçə tip cilddən istifadə edilir. Cild qabığı əsasən üç cür: bütöv cild – bütöv materialdan hazırlanır; bütöv örtülmüş cild – iki karton zolağının arsına qalın kağız zolağı yapışdırılıb, üzərinə bir material və ya kağızdan üz çəkilir; quraşdırma cild – iki karton zolağının və kitabın kötüyü ilə birlikdə qalın kağız parçasının üzəri ayrı-ayrılıqda müxtəlif materialla örtülür.
06.11.2019