Portu
Özünəməxsus, qədim, maraqlı, rəngarəng, Portuqaliyanın “atası” olan, ona adını verən əsrarəngiz Portu şəhəri şəhərin içindən uzanıb keçən Duero çayının sahilində yerləşir. Şəhərin sahillərini həm də Atlantik okeanı yuyur və bu iki səbəb də onu Avropanın ən vacib limanlarından biri edir. Portu şəhəri YUNESKO-nun qorunan irsi siyahısındadır.
Portuqaliyanın Lissabondan sonrakı ən böyük şəhəri olan Portu öz tarixi abidələri, Duero çayı üzərindən salınmış körpüləri, dadlı mətbəxi, şərabçılıq ənənələri, mehriban insanları ilə məşhurdur.
Buranın insanları çox mehriban və gülərüzdür.Tez-tez şəhərin müxtəlif küçələrində kasıblar üçün açılmış süfrələri görmək olar. Burada yemək pulsuzdur və hər kəs qarnını doyura bilər. Şəhərin havası Atlantik okeanının sahilində yerləşdiyi üçün dəyişkən və sərindir. Burada heç vaxt dəhşətli istilər olmur.