Ertso gölü
Ertso gölü - Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göldür. Sahəsinə görə ölkənin ikinci böyük gölü hesab edilir. Bu göl Kudarsk yarğanında yerləşir.
Ertso Gölü Cənubi Osetiyanın coğrafiyaşünas və xəritəçəkənlərinə bir çox çətinliklər yaradır. Bəzən gölü “Ruh gölü” də adlandırırlar. Belə ki hər 5-6 il ərzində gölün su balansında azalma müşahidə edilir və göl tamamən yox olur. Bu isə yeraltı mağaralarla əlaqədardır. Landşaftın geoloji quruluşu üst yura dövrünə aiddir.
Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Ertso gölündə balıq yetişmir. Yalnız burada tritonlar yaşayır ki, bəzən bu canlılar özləri üçün yeni yaşayış yeri - yeraltı keçid düzəldə bilirlər.
12.11.2019