Pandan meyvəsi Pandanus cinsinin bir növüdür. Vətəni Malayziya Şərqi Avstraliya və Sakit okeanı adalarıdır.
4-14 m hündürlüyü olan bu kiçik ağac əsasən okeanın sahil boyu ərazilərində bitir.
Meyvə Havayidə hala, ispan dilində bacua, fransızca isə Vacquois olaraq bilinir. Ağac tikanlıdır, kənardan palmaya, meyvələri isə ananasa bənzəyir.
Pandan meyvəsi 4–20 sm diametrdə və 8–30 sm uzunluqda olub, açar və ya meyvə yarpağı adı verilən 38-200 ədəd xanalara bənzər falanqalardan ibarətdir. Hər meyvədə 40-80 açar var. Rəngi sarı, portağalı, qırmızı və yaşıl rənglərdə olur. Falanqalar iki toxumu özündə saxlayır. Səkkiz toxumlu olanı da görülüb.
Ağacın bəzi növlərinin yarpaq uclarında tikanlar var. Yarpaqlar spiral şəkilli olub budağın uclarında düzülüb. Hər yarpağın uzunluğu 90-150 sm-dir. Bu yarpaqlardan şirin yeməklərdə, ağacın yağından isə baş ağrısında istifadə olunur. Pandan çiçəklərinin xoş bir ətri var. Bitki Sakit okeanı adalarında Hindistan qozundan sora ən çox tanınan ikinci meyvədir.
12.11.2019