YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dolaşa

Bu quşu qara lələklərinə, boz döşünə, boynundakı ağ zolağa görə asanlıqla tanımaq olar. Düzənliklərdə yaşayan adi quşlardandır. Bu yaxınlaradək dolaşalar yaşayış məntəqələrindən uzaq olmağı üstün tuturdular. Adamlara “yovuşmayan” belə dolaşalara çox yerdə rast gəlmək olar. Lakin bu quşların çoxu insan məskənlərinə yaxın olmağı xoşlayırlar: axı buralarda həm yuva qurmaq üçün yer (çardaq, su çəni qüllələri), həm də xüsusilə qışda yem tapmaq asandır. Dolaşalar köçəri quşlar deyil, yalnız bəzi yerlərdə onlar 200-300 kilometr cənuba tərəf uçurlar. 


Yazda dolaşalar yuva qurduqları yerlərə qayıdır, koğuşlarda, çardaqlardakı yuvalarını təmir edirlər. Bir yuvada onlar bir neçə il yaşayırlar. Köhnə yuvanı təmir etdikdən və ya lazım gəlsə yeni yuva qurduqdan sonra dişi dolaşa yuvaya tünd xalları olan mavi-yaşıl rəngli 3-6 yumurta qoyur. 16 gündən sonra yumurtalardan bala çıxır. 


Dolaşalar, demək olar ki, hər şey yeyirlər. Bəzən bağ və bağçaların məhsullarına ziyan vurur, çox vaxt isə müxtəlif tullantıları yeyib, “şəhər sanitarları” rolunu oynayırlar. Dolaşalar zərərverici cücüləri tələf etdikləri üçün faydalıdır.