YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Təkdırnaqlılar

Təkdırnaqlılar dəstəsi ilk baxışdan bir-birinə az oxşayan heyvanları birləşdirir: hündürlüyü 75 sm, çəkisi 225 kq olan dağ tapirindən tutmuş, hündürlüyü 2m, çəkisi isə 3600 kq-a qədər olan nəhəng ağ kərgədanadək. Bu dəstədən olan heyvanların əksəriyyəti tək həyat tərzi keçirir. Onları çox nadir hallarda dəstələrlə görmək olar. Dəstədə cəmi 3 fəsilə və 6 nəsil vardır: atlar fəsiləsi (1 nəsil), kərgədanlar fəsiləsi (4 nəsil). Nəsli kəsilmişlərin sayı fəsilədə 76-dır. 


Təkdırnaqlıların əl-ayaqları cəld qaçış üçün çox gözəl vərdiş etmişlər. Bir qayda olaraq, barmaqlarının sayı təkdir. Dəstənin adı da elə buradan götürülmüşdür.


Tapir və kərgədanın ayağında 3 və ya 4 yaxşı inkişaf etmiş barmaqları olur.


Kərgədanların görmə qabiliyyətləri pisdir, onların balaca gözləri əşyaları ancaq yaxın məsafədən yaxşı seçə bilir. Və elə buna görə də kərgədan çox təcavüzkar olub, hamıya hücum edir. Onların iybilmə və eşitmə qabiliyyətləri çox əladır. Təkdırnaqlıların əksəriyyətlərinin bədəni qalın qısa tüklə örtülmüşdür. Ancaq kərgədanların tükü o qədər seyrəkdir ki, elə bil heç yoxdur. Dişi dırnaqlılar yaxşı inkişaf etmiş bir bala doğurlar. Doğulduqdan dərhal sonra isə bala anasının ardınca gedir. Bu da ona müxtəlif yırtıcılardan qorunmağa çox kömək edir. Fildən sonra ağ kərgədan ən iri quraqlıq heyvanıdır. Bu üçtonluq nəhəngə Mərkəzi və Cənubi Afrikanın savannalarında rast gəlmək olar. Bu kərgədanı niyə ağ adlandırırlar, hələ də məlum deyil. Ancaq ağ kərgədan həqiqətən də bütün kərgədan növlərindən ağdır. 


Buynuz yaz döyüşləri zamanı erkək kərgədanın qorxunc silahıdır. Cütdırnaqlılardan fərqli olaraq, təkdırnaqlılar elə də faciəvi və uzun vuruşmurlar. Hərdən güc nümayişi zəif rəqibin davasız çıxıb getməsinə kifayət edir.


Kərgədanların alın-burun hissəsində bir və ya iki buynuzu olur. Buynuz qırıldıqda, əvəzində yenisi bitir. Ağ kərgədanın iki buynuzu var. Bu buynuzlardan ən böyüyünün uzunluğu 160 sm olur. Bu digər kərgədan növlərinin buynuzunun uzunluğundan xeyli çoxdur. Ağ kərgədanların daha bir əlaməti isə heyvanların enli üst dodağıdır.


Doymaq üçün kərgədan çoxlu ot yeməlidir. Odur ki, onlar bütün gün otlayırlar. Yeməyi hava işıqlananda bitirirlər. Gün ərzində isə istidən qorunmaq üçün ağac kölgələrinə çəkilirlər.