YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ayılar

Ayıkimilərin 8 növündən biri Afrikada, biri Avropa, Asiya və Şimali Amerika meşələrində, bir neçə növü isə Asiya və Cənubi Amerikanın subtropik və tropik meşələrində yaşayır. Ayılar ağır bədəni, güclü caynağı, uzun köpək dişləri və iri başı olan nəhəng canlılardır.


Ağ ayılar bu silahlardan suitiləri öldürmək, bəzən kökləri qazıb çıxartmaq, qabıq soymaq, bambuk bitkisini parçalamaq və arı pətəklərini açmaq üçün istifadə edirlər. Ayılar bitki, həşərat, bal və ətlə qidalanırlar. 
İri pandalar bambuk, eynəkli ayı meyvə və fındıq, yekədodaq (qubaç) isə həşəratlarla qidalanır. Diş və caynaqlardan savaş, nəslin müdafiəsi və insanlara hücum etmək üçün istifadə edirlər.


Boz ayı
Nisbətən yaxın keçmişdə İngiltərə və İrlandiya daxil olmaqla, demək olar ki, bütün Avropada, Şimali Afrikanın Atlas dağlarında, Asiyanın şimal yarımhissəsində, Şimali Amerikada məskunlaşmışlar. Hazırda bu ayı Qərbi Avropada az miqdarda qorunub saxlanmışdır. Çəkisi 750 kq-a, bədəninin uzunluğu isə 2,5 m-ə qədər olan ayılara da rast gəlinir.


Bu ayılar, əsasən, meşəliklərdə, hərdən meşəsiz dağlarda və yaylalarda məskunlaşmışlar. Ağaclara yaxşı dırmaşa bilirlər. Qışda isə qış yuxusuna gedirlər. Əsasən meyvə və giləmeyvə, qoz, yaşıl bitki, həşərat və onların sürfəsi, leşlə qidalanırlar. Az hallarda boz ayı maral, qaban, sığın kimi iri heyvanları ovlayır. Hamiləlikləri 6-8 ay davam edir, 1-5 bala doğurlar. Südəmər dövrü 6-8 aydır. Həddi-büluğa isə 3-4 yaşlarında çatırlar.


Eynəkli ayı 
Bu heyvan orta ölçülüdür. Bədəninin uzunluğu 150-180, quyruğu 7-10 sm, çəkisi: dişinin 70, erkəyin isə 140 kq olur. Xəzi qapqara və qalındır. Gözlərinin ətrafında ağ və ya sarımtıl halqalar var. 21 il yaşayır.


Cənubi Amerikada yaşayan ayı fəsiləsinin yeganə nümayəndəsidir. Əsasən dağlıq meşələrdə (hündürlüyü 3000 m) yaşayır. Eynəkli ayılar gecə və toranlıqsevəndirlər. Bütün fəsilədə eynəkli ayı ən çox bitkisevən heyvan sayılır. O, əsasən otların cavan budaqları, meyvə və kökləri isə qidalanır, hərdən uca palmalara dırmaşaraq budaqları qırır, sonra isə onları yerdə yeyir. Eynəkli ayı qarışqa yuvalarını dağıdıb bu həşəratlarla qidalanır. Leş də yeyə bilir. Hətta onun marallara hücum çəkdiyi güman edilir.