Gövhərağa məscidi
Azərbaycanımızın dilbər guşəsi olan, Şuşada yerləşən Gövhərağa məscidi 1883- cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış bu dini memarlıq abidəsi Şuşanın Cümə məscidi hesab olunur.
Məscidin kvadrat formalı olan ibadət salonuna şimal tərəfdən üçtağlı eyvan birləşdirilməklə Cümə məscidinə düzbucaqlı forması verilib.
Əsas fasadın kompozisiyasını tərəflərdən iki minarə və yüksələn dərin eyvan təşkil edir.
Məscid daşdan, minarələr kərpicdən inşa olunub.
Minarələrin silindrik gövdəsi üfüqi kəmərlərlə bölünüb və hər biri də rəngarəng kərpic düzümü ilə bəzədilib.