Porsuqlar
Porsuqların bədənlərinin uzunluğu bir metrə qədərdir və onlar bacarıqlı ovçudurlar. Porsuqlar Avropa ərazisinin böyük bir hissəsində meşələrdə yaşayırlar. Gündüz onları nadir hallarda görmək olar, lakin gecə vaxtı qida axtarmağa üstünlük verirlər. Təhlükəni hiss etdikdə gözdən itirlər. Porsuqların gəlincik və skunslarla yaxın qohumluğu vardır, ancaq onlar qədər iti iybilmə qabiliyyətinə malik deyillər. Gündüz dərin yuvalarda dincəlirlər. Bu yuvalar yer altında bir neçə metrə qədər uzanır və onların hər birində “otaqlar”-yuvalar qurulur. Yuvadan həmişə bir neçə çıxış olur. Bu, görünür ona görədir ki, porsuqların ailəsi, adətən illərlə eyni yuvada yaşayırlar.
Porsuqlar son dərəcə təmizkardırlar. Onlar yuvalarının girişlərini təmizləyib, yuvanı təzə ot və yarpaqlarla döşəyirlər. Bundan başqa, porsuqlar daimi yuvalarını tullantılardan da təmizləyirlər. Gün batandan təxminən bir saat sonra soxulcan, siçan, ilbiz və digər xırda məxluqları ovlamağa çıxırlar. Onlar həmçinin bal və meyvəni çox sevirlər. Bu heyvanların çox iti caynaları və iti pəncələri olur ki, onların köməyi ilə qazıb torpağın altından qidanı çıxarır və yaxud öz sevimli və dadlı yeməyinə- böcəklərin sürfəsinə çatmaq üçün çürümüş gövdələrin qabığını soyurlar. Dünyada porsuqların bir neçə növü mövcuddur. Kiçik donuzabənzər porsuq qənimətini ovlamaq üçün ağaca dırmaşan safsar porsuğu kimi Çində, balyeyən porsuq Afrika və Cənubi Asiyada yaşayır.
Porsuqların çox qalın xəzi və bərk dərisi olur. Ona görə də arı sancması zamanı onlar ağrı hiss etmirlər.
27.11.2019