Burunduk
Burunduk- hamıya məlum olan dələnin yaxın qohumudur. Bu gəmirici tayqa meşələrində yaşayıb uzun soyuq qışa öz sevimli qidası olan yarpaqlı və iynəyarpaqlı ağacların toxumlarını tədarük edir. Hərdən onun tədarükünün ümumi çəkisi 5 kq-a çatır.
Dələdən fərqli olaraq burunduk öz vaxtını, əsasən, yerdə keçirir, ancaq budaqlara da çox cəldliklə dırmaşa bilir.
28.11.2019