YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ərəbdovşanı

Ərəbdovşanları ən məzəli və füsunkar gəmiricilər, açıq, quraqlıq yerlərin sakinləridir. Onları Avropa, Afrika və Asiyanın səhra və düzlərində görmək olar. 


Ərəbdovşanlarının eşitmə qabiliyyəti çox güclüdür. Onların qulaq seyvanları əbəs yerə belə böyük deyil.


Bir çox gecə heyvanları kimi, ərəbdovşanlarının iri gözləri var. Bu gözlərin vasitəsilə o, ətrafındakı hər şeyi görür.Onun görmə dairəsi 360 dərəcədir. Gecə təhlükəni və ya yeməyi görmək üçün ulduzların işığı ona kifayət edir. 


Ərəbdovşanının burnu bir qədər donuz burnunu xatırladır, ona görə ki, o daima yuvaları eşir və torpaq komalarını burnu ilə tərpədir. O gəmirici adını tamamilə doğruldur. Ərəbdovşanının kəsici dişlərinin qarşısında hətta kərpic belə dayana bilməz.


Qaçış zamanı, daha doğrusu hoppanarkən, ərəbdovşanı ancaq arxa pəncələrindən istifadə edir. Qabaq pəncələri isə zəif və gödək olur və ərəbdovşanı onları bərk sinəsinə sıxır.


Cəld dönüşlər etmək üçün ərəbdovşanına dik fırçayabənzər quyruğu çox gözəl tarazlıq yaradır və heyvanı olduqca sürətli hərəkət zamanı yıxılmağa qoymur.


Soyuq qışı keçirmək üçün ərəbdovşanları yuvalarını dərin qazırlar. Xüsusi qış kamerasında ərəbdovşanı yumaq kimi büzüşüb qış yuxusuna gedir və bununla da onda maddələr mübadiləsi bərk zəifləyir. 


Bu heyvancığazlar gecələr fəal olur, gündüzün istisini isə yuvalarında gözləyirlər. Yuvaya isti və hansısa çağrılmamış qonağın daxil olmaması üçün ərəbdovşanı içəri girərək girişi torpaqla tıxayır. Ancaq bəzi yırtıcılar bu kələyi başa düşüb yazıq heyvanı tıxanmış yuvasından qazıb çıxarmağa çalışırlar. Ərəbdovşanı isə hər şeyi çox gözəl eşidir və onlardan ağıllı tərpənir. O, təhlükəni hiss edib özünü sıxaraq, cəld çölə atılır və qaça bilir.