Mirvari yaqanə heyvan mənşəli qiymətli daşdır. O, brilyant və ya zümrüd daşları kimi yeraltı mədənlərdə deyil, İkitaylı molyuskların çanağında formalaşır.
Əslində, mirvari – molyuskların özünümüdafiə əməklərinin bəhrəsidir. Çanağın daxilinə kənar obyekt və ya parazit düşəndə, orada mirvari formalaşır. Molyusklar bu kənar obyektdən qurtarmaq üçün, onu xüsusi maddə ilə bürüyür və beləliklə, özünü müdafiə edir.
Molyusklar mirvariləri şirin və ya duzlu sularda yaradır. Çay mirvariləri daha universal hesab olunur.
Çay mirvariləri dəniz mirvarilərindən qat-qat ucuzdur, bu onun daha sürətli və asan istehsal olunması ilə bağlıdır.
Amma çay mirvarisi dəniz mirvarisindən daha möhkəm və sürtülməyə qarşı daha davamlıdır. Dünyada məhz çay mirvarisi daha çox hasil edilir.
06.12.2019