Qara Yusif Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389—1420), Qaraqoyunlu tayfasından olan 2-ci sultan (1413—1420) və Qaraqoyunlu dövlətinin yaradıcısıdır.
Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub.
Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində döyüşüblər. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa məcbur olub.
1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın edib. Teymur Ləngin oğlu Miranşah öldürülüb, Əbubəkr isə qaçmağa müvəffəq olub.
Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyulub, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılıb və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranıb. Bu qələbədən sonra 1409-cu il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olub, Şəki hakimi Seyid Əhmədə qarşı qoşun göndərib.
Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırmırdı. Şəki və Şirvana göndərilmiş Qaraqoyunlu qoşun dəstələrinin fəaliyyəti buna sübutdur.
Sonrakı dövrlərdə Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb olub. Qara Yusif Ərcişədə ata-babalarının yanında dəfn edilib.
06.12.2019