Lobaçevski Nikolay İvanoviç
Lobaçevski Nikolay İvanoviç (1792-1856) – Rus riyaziyyatçısı, Qeyri-Evklid həndəsinin banisi, xalq maarifi xadimidir.
1811-ci Kazan universitetini bitimiş və orada fəaliyyət göstərmişdir. 1827-1848-ci illərdə həmin universitetin rektoru olmuş, riyaziyyatı, fizikanı və astronomiyanı tədris etmişdir. Lobaçevskinin “Həndəsənin əsaslarının yığcam şərhi” əsəri Qeyri-Evklid həndəsəyə aid dünyada nəşr olunan ilk əsərdir. Onun yaratdığı Lobaçevski Həndəsəsi Evklid həndəsəsindən kəskin fərqlənir. Müasirləri Lobaçevski elmi ideyalarını başa düşməmişlər. Universitetin elmi şurasının təqdim etdiyi “Həndəsənin əsasları haqqında” əsərinə Elmlər Akademiyasında M.V.Ostroqradski mənfi rəy vermişdir. Buna baxmayaraq, Lobaçevski həndəsəyə aid tədqiqatlarını dayandırmamış və 1840-cı ildə onun “Həndəsi tədqiqatlar” əsəri Almaniyada nəşr olunmuşdur. Lobaçevski cəbri tənliyin təqribi həlli üçün yeni üsul işləmiş, riyazi analizdə triqonometrik sıralar haqqında bir neçə teorem vermiş, kəsilməz funksiya və başqa anlayışları dəqiqləşdirmişdir. Kazan şəhərində heykəli qoyulmuşdur.
12.12.2019